“Dinamo”–“Lugano” oyununu azərbaycanlı hakimlər briqadası idarə edəcək
FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək oyuna təyinat alıb.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, Kiyev şəhərindəki “NSK Olimpiyski” stadionunda keçiriləcək “Dinamo”–“Lugano” (İsveçrə) oyununun baş hakimi Ə.Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

“Dinamo”–“Lugano” matçı dekabrın 12-də keçiriləcək.

Xəbər 706 dəfə oxundu.