Futzal üzrə Azərbaycan millisi beynəlxalq reytinq cədvəlində 13-cü pillədə qərarlaşıb
Futzal üzrə milli komandaların yeni reytinq cədvəli açıqlanıb.

Reytinq cədvəlində Azərbaycan millisi 1409 xalla 13-cü pillədə qərarlaşıb. Ötən ayla müqayisədə millimiz iki pillə geriləyib.

Reytinq cədvəlinə 1839 xalla Braziliya millisi başçılıq edir. İspaniya yığması 1787 xalla ikinci pillədə yer alıb.

Xəbər 805 dəfə oxundu.