Cüdoçularımız Çində təlim-məşq toplanışını davam etdirirlər
Azərbaycanın kişilərdən və qadınlardan ibarət cüdo üzrə milli komandalarının aparıcı üzvləri Çinin Tsindao şəhərində təlim-məşq toplanışını davam etdirirlər.

Cüdoçularımız dekabrın 12-də start götürəcək bu ilin ən nüfuzlu yarışlarından biri olan Masters” turnirinə hazırlaşırlar.

Yığma komanda Çinə Yaponiyanın Osaka şəhərində keçirilmiş “Böyük dəbilqə” turnirində iştirak etdikdən və 3 həftəlik təlim-məşq toplanışından sonra yola düşüblər.

Tsindaoda keçiriləcək yarışda ölkəmizi 8 kişi, 3 qadın cüdoçu təmsil edəcək.

Turnirdə 67 ölkədən 400-dən çox idmançı gücünü sınayacaq.

Xəbər 748 dəfə oxundu.