Uels milli komandasının nümayəndələri Bakı Olimpiya Stadionunda olublar
Futbol üzrə “Avro 2020”nin final mərhələsində 2 qrup oyununu Bakı Olimpiya Stadionunda keçirəcək Uels milli komandasının nümayəndələri Bakıya işgüzar səfərə gəliblər.

Nümayəndə heyətinə Uels Futbol Federasiyasının beynəlxalq əlaqələr departamentinin rəhbəri Mark Evans, komanda əməliyyatlarının rəhbəri Amanda Smit, tibb xidməti üzrə Sean Conelli və mətbuat katibi Sara Jones daxildir. Uelsli qonaqlar məşqlərin keçirilmə ehtimalı olan stadionlara və komandanın məskunlaşa biləcəyi otellərə baxış keçirib, həmçinin Bakı Olimpiya Stadionunda olublar.

Uels milli komandası “Avro 2020”nin A qrupunda iyunun 13-də İsveçrə, iyunun 17-də isə Türkiyə yığması ilə qarşılaşacaq. Hər iki oyun Bakı Olimpiya Stadionunda keçiriləcək.

Xəbər 715 dəfə oxundu.