Binəqədi rayonunda “Olimpiya Hərəkatı” layihəsi çərçivəsində veloidman yarışı keçirilib
Dekabrın 6-da Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Olimpiya Hərəkatı” layihəsi çərçivəsində məktəblilərin Bakı şəhər birinciliyinin veloidman növü üzrə Binəqədi rayon mərhələsi keçirilib.

Yarışın nəticəsinə əsasən, 283 N-li tam orta məktəbin komandası birinci olub. İkinci və üçüncü yerləri müvafiq olaraq, 157 N-li tam orta məktəbin və 248 N-li tam orta məktəbin komandaları tutublar.

Qeyd edək ki, qaliblərin mükafatlandırılması mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, “Təhsil” Respublika İxtisaslaşdırılmış 8 N-li Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin direktor müavini Aydın Gözəlov iştirak ediblər.

Xəbər 861 dəfə oxundu.