WADA Rusiyanı Olimpiada və dünya çempionatlarında iştirak hüququndan məhrum edib
Dünya Antidopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsi qurumun müvafiqlik komitəsinin Rusiya Antidopinq Agentliyinin (RUSADA) Dünya Antidopinq Kodeksinə müvafiqliyi statusundan məhrum edilməsi tövsiyəsini yekdilliklə qəbul edib. Bu barədə məlumatı WADA-nın mətbuat xidməti yayıb.

Məlumatda deyilir: ”Müvafiqlik komitəsinin tövsiyəsi yekdilliklə qəbul edilib”.

Beləliklə, Rusiya dörd il müddətinə dünya çempionatlarını qəbul etmək və onların keçirilməsi üçün müraciət etmək, Rusiya idmançıları isə Olimpiadalarda və dünya çempionatlarında öz milli bayraqları altında çıxış etmək hüququndan məhrum edilir. Bundan əlavə, WADA İcraiyyə Komitəsi Rusiyanın dövlət qulluqçularının, Rusiya Olimpiya Komitəsi (ROK) və Rusiya Paralimpiya Komitəsi rəhbərliyinin beynəlxalq idman yarışlarına getmələrinə dörd il müddətinə qadağa tətbiq edib.

Xəbər 684 dəfə oxundu.