Dinq Liren "Grand Chess Tour 2019"un qalibi olub
Londonda şahmat üzrə “Grand Chess Tour 2019” seriyasının final mərhələsi başa çatıb.

Turnirin finalında 4 şahmatçı - dünya çempionu Maqnus Karlsen, çinli Dinq Liren, fransalı Maksim Vaşye-Laqrav və ermənistanlı Levon Aronyan mübarizə aparıblar. Mərhələnin final matçında D.Liren M.Vaşye-Laqrav üzərində qələbə qazanaraq “Grand Chess Tour 2019”un qalibi olub və seriyanın əsas mükafatı olan 150 min ABŞ dollarını qazanıb. Üçüncü yer uğrunda keçirilən qarşılaşmada isə M.Karlsen L.Aronyanı məğlub edib.

Xəbər 734 dəfə oxundu.