Azərbaycan hakimi Fuad Ağayev CEV tərəfindən yeni təyinat alıb
Azərbaycanın beynəlxalq dərəcəli hakimi Fuad Ağayev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb.

Həmyerlimiz Çağırış kuboku yarışlarında mübarizə aparan Türkiyənin “Beylikdüzü” və Slovakiyanın “Slaviya” komandaları arasında keçiriləcək görüşün ikinci hakimi olacaq. Oyunu yunanıstanlı baş hakim Nikolaos Angelidis idarə edəcək.

Turnirin 1/16 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək görüş dekabrın 18-də İstanbulda Burhan Felek Voleybol Salonunda təşkil olunacaq.

Xəbər 736 dəfə oxundu.