Futzal üzrə millimizin oyunlarının başlama vaxtı açıqlanıb | |
Futzal üzrə dünya çempionatının elit-raund mərhələsində iştirak edəcək Azərbaycan millisinin yer aldığı C qrupunun oyunlarının başlama vaxtı açıqlanıb. Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, bütün görüşlər Xorvatiyanın Osiek şəhərindəki “Qradsk vrt Arena”da keçiriləcək. Yanvarın 29-da keçiriləcək Xorvatiya–Azərbaycan oyunu Bakı vaxtı ilə 23:00-da start götürəcək. Ertəsi gün keçiriləcək Azərbaycan–Rusiya, fevralın 1-də təşkil olunacaq Slovakiya–Azərbaycan oyunları isə saat 20:00-da başlayacaq. Qeyd edək ki, qrup qalibləri final mərhələsinə yüksələcək. İkinci pilləni tutacaq komandalar pley-off oyunlarında üz-üzə gələcəklər. |
|
Xəbər 740 dəfə oxundu. |
|
|