Azərbaycan Aykido Mərkəzində respublika seminarı keçiriləcək
Dekabrın 14-15-də Aykido Mərkəzində Azərbaycan Aikido Federasiyasının (AAF) prezidenti sensey Fərhad Əsgərovun rəhbərliyi altında respublika seminar keçiriləcək.

Seminarda Gəncə, Oğuz, Şəki, Göyçay, Lənkaran və Astaradan 200-ə yaxın idmançı və məşqçi iştirak edəcək.

Qeyd edək ki, seminar Gənclər və İdman Nazirliyi və AAF-ın birgə təşkilatçılığı ilə baş tutacaq.

Xəbər 681 dəfə oxundu.