Rusiya dopinq qalmaqalına görə beynəlxalq tədbirlərdə iştirakına qadağa qoyula bilər
Rusiya laboratoriyada dopinq məlumatlarını saxtalaşdırmaq ittihamına görə beynəlxalq yarışlarda iştirakına dörd illik qadağa qoyula bilər.

Azsport.az saytı BBC-yə istinadən xəbər verir ki, Rusiya barədə qərar Dünya Anti-Dopinq (WADA) Təşkilatının İsveçrənin Lozanna şəhərində keçiriləcək tədbirində veriləcək. Rusiya 2020 Tokio Yay Olimpiya Oyunlarından və 2022 Pekin Qış Olimpiya Oyunlarından kənarlaşdırıla bilər. Ölkə Qətərdə keçiriləcək 2022 Futbol Dünya Kubokundan da uzaqlaşdırıla bilər.

Rusiyanın idman naziri gözlənilən qərar barədə şərh verməyi rədd edib.
Lozanna görüşündən əvvəl WADA İdmançılar Komitəsi üzvləri Rusiyanın olimpiadalarda yarışan idmançıları üçün tamamilə qadağa tətbiq edilməsini tələb edib.

WADA dörd illik qadağanı dəstəkləsə belə, Rusiya Avro-2020 futbol çempionatında mübarizə apara biləcək. Gələn yay futbol turnirində Sankt-Peterburq da ev sahibi şəhərlərindən biri olaraq qalacaq.

Rusiya nədə günahlandırılır?

Bu ilin əvvəlində WADA-nın Uyğunluğa Nəzarət Komitəsi (CRC), Rusiya Antidopinq Agentliyini (Rusada) idmançıların test nəticələrinin əsas bazasında olan nəticələrə uyğun olmadığını elan edib.

Rusadanın rəhbəri Yuri Ganus kiminsə "minlərlə" giriş dəyişdirdiyini və ya sildiyini təsdiqləyib.

Rusiyanın idman naziri Pavel Kolobkov BBC-dən Sarah Rainsford-un suallarını cavablandırmayıb və deyib ki, Lozanna görüşünün nəticələrini gözləmək lazımdır.
Rəsmilər 2014 Soçi Qış Olimpiya Oyunlarını keçirən zaman da daxil olmaqla dopinq istifadəsini ört-basdır etməkdə ittiham olunur.

Rusiyanın keçən il Cənubi Koreyada keçirilən Pyonq-Çanq Qış Olimpiya Oyunlarında iştirakı qadağan edilmişdi, ancaq Rusiyadan olan dopinq istifadə etməmiş olduqlarını sübut edən idmançılara neytral bayraqla çıxış etməyə icazə verilmişdi.


Xəbər 690 dəfə oxundu.