Şahmatçılarımız blits üzrə Avropa çempionatında mübarizə aparacaqlar
Dekabrın 7-də Estoniyanın paytaxtı Tallinndə blits üzrə Avropa çempionatı keçiriləcək.

Qitə çempionatında Azərbaycan şahmatçıları Qədir Hüseynov və Rauf Məmmədov iştirak edəcəklər.

İsveçrə sistemi üzrə keçiriləcək turnirdə 32 ölkədən 434 şahmatçı mübarizə aparacaq.

Xəbər 702 dəfə oxundu.