Atletika məşqçiləri üçün seminar təşkil olunub
Milli Olimpiya Komitəsi və Azərbaycan Atletika Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə məşqçilər üçün seminar keçirilib.

Seminarın açılış mərasimində AAF-ın baş katibi Məhərrəm Sultanzadə iştirakçıları salamlayaraq sözü seminarın lektoru Valentin Buliçevə verib.

Seminarın birinci günündə məşqçilərə nəzəri məlumatlar verilib. Tədbirin ikinci günündə isə məşqçilər Respublika Olimpiya Mərkəzində aşağı yaş qrupundan olan idmançılarla praktiki məşq keçiblər.

V.Buliçev cari ildə federasiyanın dəstəyi ilə Almaniyanın Maynts şəhərində məşqçilik təhsili alıb. O, Koreya Respublikasının Daegu şəhərində keçirilən ikinci dərəcəli məşqçilər üçün seminarı da uğurla başa vurub.

Qeyd edək ki, seminarın əsas məqsədi Almaniya və Koreyada öyrənilmiş yeni məlumatları məşqçilər ilə bölüşməkdir.


Xəbər 665 dəfə oxundu.