İdman menecmenti magistr proqramının tələbələri Loughborough Universiteti ilə tanış olublar
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının İdman menecmenti magistr proqramının tələbələri 3 il ard-arda dünya reytinqlərində 1 nömrəli idman universiteti olan Loughborough Universiteti ilə, universitetin idman infrastrukturu, o cümlədən İdman Texnologiyaları İnstitutu ilə tanış olublar.

İnstitut bir neçə tədqiqat aparıb, o cümlədən idman geyimləri (məsələn, ayaqqabıların əyilmə qabiliyyəti), idman avadanlığı (məsələn, topların sürətinə təsir edən faktorlar və s.), idmaçıların biomexanikası ilə və s.

Hazırda bu institut bir neçə qlobal idman brend ile əməkdaşlıq edir, amma onların sifarişi ilə aparılan tədqiqat sirr olaraq saxlanılır.

Xəbər 848 dəfə oxundu.