Anand yenə dünya çempionudur


Rusiya paytaxtı moskvada Tretyakov qalereyasının Mühəndislər korpusunda şahmat tacı uğrunda mübarizəyə yekun vuruldu. «idman.com.az»ın məlumatına görə, dünya çempionu Vişvanatan Anand tay-brekdə israilli iddiaçı Boris Gelfanda qalib gələrək, titulunu qoruyub. Tay-brek, yarışın reşalmentinə görə, 12 partiyialıq mübarizə qalibi müəyyənləşdirmək mümkün olmadığı üçün keçirilib. Əsas mərhələdə tərəflər «sülh» bağlamışdı. «Hindistan pələngi» tay-breklərdən birində qalib gəldiyi üçün (yekun hesab – 2,5:1,5) tacını qoruya bildi. QQeyd edək ki, bu mərəhələdə «zəka sahibləri» hər biri 25 dəqiqə + hər gedişə 10 saniyə prinsipi ilə 4 əlavə partiyada bacarıq nümayiş etdiriblər.
Beləliklə, Anand artıq 3-cü dəfədir dünyanın ən yaxşı şahmatçısı olduğunu sübut edir. 2008-ci ildə rusiyalı Vladimir Kramnik, 2 il sonra bolqarıstanlı Veselin Topalov ona uduzmuşdular.
Yarışın mükafat fondu 2,55 milyon dollar idi. Onun 60 faizini qalib şahmatçı, yəni Anand əldə etdi.


Xəbər 1236 dəfə oxundu.