Bakı İdman Sarayında budo döyüş növləri üzrə dünya kuboku turnirinə start verilib
Dekabrın 7-də Bakı İdman Sarayında budo döyüş növləri üzrə dünya kuboku turnirinə start verilib.

Turnirdə 14 ölkədən 900-dək idmançı iştirak edir. Yarışlar semi-kontakt, full-kontakt, fri-kontakt, layt-kontak, sabaki-citsu, submission, B-1, F-1 və S-1 qaydaları üzrə keçirilir.

Qeyd edək ki, dünya kuboku turniri Gənclər və İdman Nazirliyinin, Azərbaycan Budo Döyüş Növləri Federasiyasının birgə təşəbbüsü ilə təşkil olunub.

Yarışa dekabrın 8-də yekun vurulacaq.


Xəbər 680 dəfə oxundu.