Uşaq taekvondoçular arasında Avropa birinciliyində Azərbaycanı 10 nəfər təmsil edəcək
Dekabrın 7-8-də Almaniyanın Zindelfinger şəhərində uşaq taekvondoçular arasında Avropa birinciliyi keçiriləcək.

Yarışda respublikamızda fəaliyyət göstərən klub və bölmələrdən 10 idmançı medallar uğrunda mübarizə aparacaq. “Ümid” taekvondo klubunun yetirmələrindən Mehdi Budaqlı (27 kq), Fərid Quşxani (35 kq), Təhsil-Sumqayıt komandasını təmsil edən Aydın Süleymanov (32 kq), Fuad Məhərrəmli (35 kq), Elmira Bayrak (22 kq), Xanım Məmmədova (32 kq), “Gədəbəy” komandasından Süleyman Həsənov (24 kq) və Sevil Bağırova (29 kq), “Əmin” taekvondo klubundan Mürşüd Qasımov (39 kq) və Fövqəladə Hallar Nazirliyinin taekvondoçusu Tamerlan Yaqubov (29 kq) turnirdə iştirak etmək üçün Almaniyaya yola düşüblər.

Taekvondoçularımız məşqçi-müəllimlərdən İlkin Şahbazov, Rəşad Məmmədov, Beyrək Bağırov və Ziya Qasımovun rəhbərliyi ilə mübarizə aparacaqlar.

Xəbər 944 dəfə oxundu.