“Qarabağ” - “Keşlə” oyununda qalib müəyyənləşməyib
Dekabrın 6-da futbol üzrə Azərbaycan Premyer Liqasında ilin sonuncu - XIV turuna start verilib.

Turun açılış matçında lider “Qarabağ” ən yaxın izləyicisi “Keşlə” komandasını qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qalib müəyyənləşməyib - 2:2.

“Qarabağ”ın heyətində Dani Kintana və Mahir Emreli fərqləniblər. “Keşlə”nin qollarını isə Hacıağa Hacılı və Tural Bayramlı vurublar.

Bu oyundan sonra “Qarabağ” xal ehtiyatını 31-ə, “Keşlə” isə 23-ə çatdırıb.

Tura dekabrın 8-də keçiriləcək “Sumqayıt” – “Qəbələ”, “Zirə” – “Səbail” və “Sabah” – “Neftçi” oyunları ilə yekun vurulacaq.

Xəbər 716 dəfə oxundu.