Azərbaycanın U-16 komandası monteneqrolu həmyaşıdlarına məğlub olub
Podqoritsa şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Monteneqronun eyni yaş qrupuna aid komandası ilə növbəti yoldaşlıq oyunu keçirib.

Qarşılaşma rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, komandalar arasında dekabrın 4-də keçirilmiş ilk oyunda yığmamız 1:0 hesabı ilə qalib gəlib.

Xəbər 736 dəfə oxundu.