“Mercedes” növbəti F1 mövsümündə iştirak üçün rekord məbləğdə vəsait ödəyəcək
“Mercedes” komandasının rəhbərliyi 2020-ci il mövsümündə Formula 1 çempionatında iştirak üçün rekord məbləğdə vəsait ödəməli olacaq.

Başa çatan mövsümdə alman komandası Konstruktorlar Kubokunda 21 mərhələ üzrə 739 xal toplayıb. Bu, mütləq rekord deyil, amma çempionatda balların bahalaşması nəzərə alındıqda, ödəniləcək məbləğ də tarixdə ən böyük olacaq. Hər xal çempion komandaya 6677 dollara başa gəlir.

Son nəticədə “Mercedes” komandası 6,5 milyon dollar məbləğində vəsait ödəməli olacaq. Üzvlük haqqı qismində ödəniləcək məbləğə görə ikinci yerdə “Ferrari” (3,3 milyon dollar), üçüncü yerdə isə “Red Bull” (2,8 milyon dollar) gəlir.

Növbəti mövsümdə ən az məbləğ ödəyəcək komanda “Williams”dır. Onun çempionata keçirəcəyi vəsaitin miqdarı 560 min dollardır.

AZƏRTAC

Xəbər 715 dəfə oxundu.