“Racing Point” komandası “Aston Martin” adlana bilər
Milyarder Lens Strollun sahib olduğu Formula 1 çempionatının “Racing Point” komandası “Aston Martin” adlana bilər.

Oğlu Lourens Strollun da “Racing Point” komandasının mükafatçı pilotlarından biri olduğu biznesmen son vaxtlar qiyməti çox sürətlə ucuzlaşan “Aston Martin”in səhmlərinin əldə edilməsi imkanlarını araşdırır. Əgər Lens Stroll avtomobil istehsalçısının nəzarət paketinə sahib ola bilsə, onda Silverstoun komandasının maşınları yaşıl rənglə boyanacaq. Bu addım “Aston Martin”in titullu sponsoru olduğu “Red Bull” komandası üçün ciddi nəticələr doğura bilər.

Lourens Strolla yanaşı Serxio Peresin də çıxış etdiyi “Racing Point” komandası Formula 1-in 2019-cu il mövsümündə 73 xal toplayıb və Konstruktorlar Kubokunda yeddinci yeri tutub.

AZƏRTAC

Xəbər 726 dəfə oxundu.