Şahmatçılarımız Avropa çempionatında mübarizəyə başlayıblar
Dekabrın 5-də Estoniyanın paytaxtı Tallində rapid üzrə Avropa çempionatı start götürüb.

Ölkəmizi qitə çempionatında 4 şahmatçı - Qədir Hüseynov, Rauf Məmmədov, Rəfael Bayramlı və Yusif Kərimli təmsil edirlər.

İki gün davam edəcək turnirə 34 ölkədən 474 şahmatçı qatılıb ki, onlardan da 47-si qrossmeysterdir.

İsveçrə sistemi üzrə keçirilən yarış 13 turdan ibarət olacaq.

Xəbər 728 dəfə oxundu.