San-Remo marafonunda Azərbaycan idmançıları da iştirak edəcək
Dekabrın 8-də İtaliyanın San-Remo şəhərində 3-cü ənənəvi şəhər marafonu keçiriləcək.

Marafonda Azərbaycandan olan idmançılar da daxil olmaqla dünyanın 21 ölkəsindən 600-dən çox iştirakçı olacaq.

42,195 kilometr uzunluğundakı qaçışda istənilən şəxs iştirakçı ola bilər. Həmçinin uşaqlarla iştirak etmək istəyənlər üçün 10 kilometrlik yol nəzərdə tutulub. Qaçış zolağı şəhərin maraqlı və turistik məkanlarından keçir. İştirak üçün qeydiyyat dekabrın 5-də bitəcək.

Xəbər 671 dəfə oxundu.