“Şimşək” futzal komandası “Payız turniri”nin qalibi olub
AFFA-nın, Sahə Futbol Federasiyaları İctimai Birliyinin və “Bakcell” şirkətinin dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə Memarlıq və İnşaat Universitetinin idman zalında eşitmə qüsurlu əlillər arasında keçirilən futzal üzrə “Payız turniri” başa çatıb.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, “Şimşək” komandası turnirin qalibi olub. “Zirvə” və “Azəri” isə müvafiq olaraq 2-3-cü yeri tutublar.

“Azəri” komandasından Ümüd İbrahimov turnirin ən yaxşı oyunçusu, “Şimşək”dən Rabil Şahbazov isə ən yaxşı qapıçı seçilib. Turnirin ən məhsuldar futzalçısı 11 qol vuran “Zirvə” komandasının üzvü Musa Musayev olub.

Sonda komandalara medallar, diplomlar və kuboklar təqdim olunub.

Xəbər 713 dəfə oxundu.