UEFA 2022-ci il dünya çempionatının seçmə turnirinin keçirilməsi formatını təsdiq edib
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Avropa zonası komandaları arasında 2022-ci il dünya çempionatının seçmə turnirinin keçirilməsi formatını təsdiq edib. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Qəbul edilmiş formata əsasən, 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının final hissəsinə Avropa regionundan 13 komanda – qrupların on qalibi və pley-off matçlarının yekunları üzrə üç ən yaxşı yığma vəsiqə qazanacaq. Pley-off mərhələsinin yekunları üzrə seçiləcək yığmaların arasına təsnifat qruplarında ikinci yeri tutan 10 komanda və buna qədər təsnifat raundunda birbaşa seçilə bilməyən Millətlər Liqasının 2020/21 mövsümünün iki ən yaxşı qalibi daxil olacaqlar. Bu komandalar arasında keçiriləcək üç pley-off turnirinin qalibləri 2022-ci il dünya çempionatının final hissəsində iştirak edəcəklər.

Qətər 2010-cu il dekabrın 2-də futbol üzrə dünya çempionatının keçirilməsinə ev sahibliyi etmək hüququ qazanıb və buna hazırlaşmaq üçün rekord müddət əldə edib. Dünya çempionatı 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək Qətərin yeddi şəhərində keçiriləcək.

Xəbər 725 dəfə oxundu.