Formula E dünya çempionatı statusu alıb
Beynəlxalq Avtomobil Federasiyasının (FIA) şurası Formula E seriyasına dünya çempionatı statusunun verilməsini təsdiq edib.

FIA-nın prezidenti Jan Todt və Formula E seriyasının rəhbəri Alexandro Aqaq yeni saziş imzalayıblar. Yeni status növbəti 2020-2021-ci il mövsümündə qüvvəyə minəcək. Bugünədək dünya çempionatı statusuna yalnız Formula 1, ralli çempionatı (WRC), dözümlülük yarışları üzrə çempionat və ralli-kross çempionatı malik idilər.

Jan Todt sazişin imzalanmasından sonra deyib: “Formula E seriyasının yaradılması və inkişafı möhtəşəm layihədir. Mən fəxr edirəm ki, bu gün biz FIA-da bu seriya üçün dünya çempionatı statusunu təsdiq edirik. Formula 1 ilk mövsümdən inkişafda olub. Seriya qısa müddətdə avtomobil sənayesi üçün öz aktuallığını nümayiş etdirib, bu mövsümdə ona daha iki istehsalçı qoşulub və onların ümumi sayı ona çatıb. Formula E sübut edib ki, elektromobillərdə yürüş konsepsiyası işləkdir. Mən FIA-nın himayəsi ilə keçirilən dünya çempionatları sırasına daxil olan Formula E seriyasını salamlayıram”.

Alexandro Aqaq isə əlavə edib: “Biz həmişə dünya çempionatına çevrilməyə can atmışıq, bunun üçün əlimizdən gələni etmişik. Dünya çempionatı statusunu almaq artıq mükəmməl idman məhsulu olan yürüş seriyasına etimadı artırır. İmzalanan sənəd Formula E yürüşlərini biryerli maşınlarda qabaqcıl beynəlxalq yürüş seriyaları ilə bir sıraya qoyur. İndi deyə bilərik ki, biz məqsədimizə nail olduq. Lakin bu hələ Formula E seriyasının yeni fəslinin başlanğıcıdır”.

Xəbər 724 dəfə oxundu.