UEFA U-19 yaş qrupunda keçirilən Avropa çempionatının yeni formatının tətbiqinə başlayacaq
2020-ci ildən etibarən UEFA U-19 yaş qrupunda keçirilən Avropa çempionatının yeni formatının tətbiqinə başlayacaq.

İndiyədək təşkil olunan Avropa çempionatlarından fərqli olaraq, yeni formata əsaslanan turnirdə komandalar reytinqə görə 3 Liqaya (A, B, C) bölünüb.

Ənənəvi formatda keçirilən U-19 Avropa çempionatının növbəti final mərhələsi 2021-ci ildə, yeni format əsasında təşkil olunan qitə birinciliyinin həlledici mərhələsi isə 2022-ci ildə olacaq.

Yeni formatda təşkil olunan turnirin 1-ci raundunun püşkatma mərasimi keçirilib. Azərbaycan milli komandası bu raundda C Liqasının 3-cü qrupunda çıxış edəcək. Komandamızın rəqibləri Monteneqro, Farer Adaları və Andorra yığmaları olacaq. Oyunlar 2020-ci il sentyabrın 22-də, 25-də və 28-də Andorrada təşkil olunacaq.

Xəbər 665 dəfə oxundu.