Azərbaycan millisi Monteneqro yığmasına minimal hesabla qalib gəlib
Podqoritsa şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

Monteneqronun müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan komandamız 1:0 hesablı qələbə qazanıb. Oyunda yeganə qolu Ağadadaş Salyanski vurub.

Komandalar arasında növbəti oyun dekabrın 6-da keçiriləcək.


Xəbər 750 dəfə oxundu.