Futzal üzrə millimizin rəqibləri yoldaşlıq oyunlarında güclərini sınayıblar
Futzal üzrə dünya çempionatının elit-raund mərhələsindəki rəqiblərimiz növbəti yoldaşlıq oyunlarını keçiriblər.

İlk oyunda Macarıstanı 3:2 hesabı ilə məğlub edən Rusiya millisi bu dəfə məğlub olub - 1:2. Əvəzində Xorvatiya məğlubiyyətin revanşını alıb. Onlar Ukrayna ilə ikinci matçda 4:3 hesablı qələbəyə seviniblər. Bu komandaların ilk duelində Ukrayna futzalçıları 3:1 hesabı ilə qalib gəliblər.

Millimiz elit-raundda Rusiya, Xorvatiya və Slovakiya yığmaları ilə bir qrupda mübarizə aparacaq. Bu qrupun oyunları gələn il yanvarın 27-dən fevralın 5-dək Xorvatiyada keçiriləcək.

Xatırladaq ki, dünya çempionatının final mərhələsi Litvada təşkil olunacaq.

Xəbər 707 dəfə oxundu.