Karate yenidən Yeniyetmələrin Yay Olimpiya Oyunlarının proqramında
Beynəlxalq Olimpiya Komitəsinin (IOK) İcraiyyə Şurası karatenin 2022-ci ildə Yeniyetmələrin Yay Olimpiya Oyunlarının proqramına yenidən daxil edilməsi ilə bağlı qərar qəbul edib.

Seneqalın paytaxtı Dakarda Yeniyetmələrin Yay Olimpiya Oyunlarında karatenin kumite yarışları oğlan və qızların hər birində 3 çəki dərəcəsi üzrə keçiriləcək.

İştirakçıların sayı isə 8-dən 12-dək artırılacaq. Yarış oktyabrın 21-dən noyabrın 15-dək keçiriləcək.

Xatırladaq ki, karate ilk dəfə 2018-ci ildə Buenos-Ayresdə Yeniyetmələrin Olimpiya Oyunlarının proqramında yer alıb. Keçən yarışda hər çəki dərəcəsində 8 idmançı iştirak etmişdi.

Xəbər 720 dəfə oxundu.