Azərbaycanın U-19 komandası Fransa, Yunanıstan və Moldova yığmaları ilə qarşılaşacaq
On doqquz yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının 2020/2021-ci il mövsümünün seçmə mərhələsinin püşkü atılıb.

Azsport.az saytı AFFA-ya istinadla xəbər verir ki, püşkün nəticəsinə əsasən, müvafiq yaş qrupundan ibarət Azərbaycan millisi 8-ci qrupda Fransa, Yunanıstan və Moldova komandaları ilə birgə mübarizə aparacaq.

Bu qrupun oyunları 2020-ci il oktyabrın 7-də, 10-da və 13-də Moldovoda keçiriləcək.

Xəbər 704 dəfə oxundu.