“Sərhədçi” İdman Olimpiya Mərkəzində güləş üzrə Azərbaycan çempionatına start verilib
Dekabrın 4-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatına start verilib.

Birinci yarış günündə yunan-Roma güləşi növündə bütün çəki dərəcələri üzrə pəhləvanlar xalça üzərinə çıxacaq və finalçılar müəyyənləşəcək, eləcə də təsəlliverici qarşılaşmalar keçiriləcək.

Dekabrın 5-də axşam seansında həlledici görüşlər baş tutacaq və güləşin bu növündə medalçılar bəlli olacaq.

Yarışın ikinci günündə sərbəst güləş üzrə yarışda 10 çəki dərəcəsində finalçıların adlarına aydınlıq gələcək. Üçüncü yarış günündə əvvəlcə təsəlliverici, daha sonra isə medal görüşləri təşkil olunacaq.

Qeyd edək ki, çempionatın açılış mərasimi dekabrın 5-də saat 17:00-da start götürəcək. Yarışa dekabrın 6-da yekun vurulacaq.

Xəbər 719 dəfə oxundu.