Kişi boksçulardan ibarət Azərbaycan millisi növbəti təlim-məşq toplanışına başlayıb
Kişi boksçulardan ibarət Azərbaycan millisi növbəti təlim-məşq toplanışına başlayıb.

Baş məşqçi Umberto Orta Dominqezin rəhbərliyi altında bir araya gələn yığmamız hazırlığı Bakı Boks Mərkəzində keçir. Gündə 2 dəfə məşq edən komandamızın düşərgəsinə 21 boksçu dəvət olunub.

Təlim-məşq toplanışının ilkin mərhələsi dekabrın 9-dək davam edəcək.

Xəbər 914 dəfə oxundu.