Karate 2022-ci ildə Yeniyetmələrin Olimpiya Oyunlarında
Beynəlxalq Olimpiya Komitəsinin (IOK) Icariyyə şurası karatenin 2022-ci ildə Yeniyetmələrin Olimpiya oyunlarının proqramına daxil edilməsi ilə bağlı qərar qəbul edib.

Seneqalın Paytaxtı Dakarda Yeniyetmələrin Olimpiya Oyunları 21 oktyabr - 15 noyabr tarixlərində keçiriləcək. Yarış altı kumite kateqoriyasından ibarət olacaq. Oğlanlar və qızlar 3 çəki dərəcəsində mübarizə aparacaqlar. İştirakçıların sayı isə 8-dən 12-dək artırılacaq.

Xatırladaq ki, karate ilk dəfə 2018-ci ildə Buenos-Ayresdə Yeniyetmələrin Olimpiya Oyunlarının proqramına salınıb. Keçən yarışda hər çəki dərəcəsində 8 idmançı iştirak etmişdi.

Xəbər 734 dəfə oxundu.