Taekvando üzrə Ağcabədi rayon turnirində 60-dan çox idmançı mübarizə aparıb
Ağcabədidə keçirilən taekvando idman növü üzrə uşaq və yeniyetmələr arasında rayon turniri başa çatıb.

"Rizvan" taekvondo klubunun idman zalında keçirilən yarışda 60-dan çox idmançı qalib adı uğrunda mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən yarışın sonunda qaliblər rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.

Xəbər 642 dəfə oxundu.