Tofiq Qarayevin şərəfinə atletika üzrə Respublika turniri keçiriləcək
Dekabrın 7-də Respublika Olimpiya Mərkəzində SSRİ rekordçusu, Ümumittifaq dərəcəli hakim, professor Tofiq Qarayevin şərəfinə atletika üzrə XXIII ənənəvi Respublika turniri keçiriləcək.

Turnirdə Bakı, Gəncə, İsmayıllı, Bərdə, Xızı və Sumqayıtdan yeniyetmələrdən ibarət 40 komanda birincilik uğrunda mübarizə aparacaq. Hər bir komandada bir qız və bir oğlan olmaqla 80 idmançı atletikanın 5 növü üzrə öz qüvvəsini sınayacaq.

Qeyd edək ki, Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışın açılış mərasimi dekabrın 7-si saat 13:30-da baş tutacaq.


Xəbər 719 dəfə oxundu.