Dünyanın ən güclü şahmatçılarının universal reytinq siyahısı açıqlanıb
Beynəlxalq Şahmat Federasiyası (FIDE) dekabr ayı üçün universal reytinq siyahısını açıqlayıb.

Şahmatçımız Teymur Rəcəbov dünyanın ən güclü şahmatçılarının siyahısında ilk onluqda qərarlaşıb (2766, 9-cu yer). Şəhriyar Məmmədyarov isə 2763 xalla 12-ci pillədə yer alıb.

Digər şahmatçılarımızdan Qədir Hüseynov (2689, 49-cu yer) və Rauf Məmmədov (2688, 50-ci yer) ilk 50-likdə yer alıblar. Nicat Abbasov (2657, 100-cü yer) isə ilk 100-lüyü qapayır.

Kişi şahmatçılar arasında dünya çempionu norveçli Maqnus Karlsen (2870) birinci yerdədir. Çinli Dinq Liren, fransalı Maksim Vaşe-Laqrav (hər ikisi 2796) sonrakı iki pillədə qərarlaşıblar.

Xəbər 964 dəfə oxundu.