Azərbaycan millisinin Monteneqro yığması ilə oyunlarının vaxtı dəyişdirilib
Podqoritsa şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının oyunlarının vaxtı əlverişsiz hava şəraiti ilə əlaqədar dəyişdirilib.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, Monteneqronun müvafiq yaş qrupundan ibarət yığması ilə yoldaşlıq görüşləri, əvvəlcədən nəzərdə tutulduğu kimi, dekabrın 3-də və 5-də deyil, dekabrın 4-də və 6-da keçiriləcək.

Xəbər 682 dəfə oxundu.