Masallı idmançısı karate üzrə dünya çempionatında bürünc medal qazanıb
Moskvada yeniyetmə və gənclər arasında karate üzrə dünya çempionatında Masallının yeniyetmə idmançısı Allahyar Əhədov uğurla çıxış edib.

Dünyanın 47 ölkəsinin yeniyetmə və gənclərinin mübarizə apardığı və altı gün davam edən beynəlxalq yarışda Azərbaycan millisinin tərkibində çıxış edən Allahyar Əhədov 25 kiloqram çəki dərəcəsində fəxri kürsünün üçüncü pilləsinə sahib olub.

A.Əhədovu yarışa Qara kəmər II dan ustası Ramik Məmmədov hazırlayıb.

Qeyd edək ki, Masallının yeniyetmə idmançısı 2020-ci ilin iyun ayında Ukraynanın Berdyansk şəhərində keçiriləcək dünya kuboku yarışında da ölkəmizin idman şərəfini qoruyacaq.

Xəbər 683 dəfə oxundu.