Binəqədi rayonunda məktəblilər arasında voleybol üzrə rayon birinciliyi keçirilib
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 248 №-li tam orta məktəbdə məktəblilər arasında voleybol üzrə rayon birinciliyi keçirilib.

Oğlanlar arasında baş tutan yarışda 314 №-li tam orta məktəbin komandası birinci yerə layiq görülüb. 284 №-li tam orta məktəbin komandası ikinci, 248 №-li tam orta məktəbin komandası üçüncü olub.

Xəbər 736 dəfə oxundu.