İdmançılarımız vinq-çun üzrə dünya çempionatında 3 qızıl və 3 gümüş medal qazanıblar
Azərbaycan idmançıları Çinin Foşan şəhərində keçirilmiş vinq-çun üzrə altıncı dünya çempionatında uğurla çıxış ediblər.

Dünya Vinq-çun Birliyinin keçirdiyi və 41 ölkədən idmançıların mükafatlar uğrunda mübarizə apardıqları çempionatda Azərbaycanı 6 idmançı - Əlfi Məmmədov (60 kq), Nihat Azayev (65 kq), Elsevər Zülfiyev (70 kq), Arzuman Rəsulzadə (75 kq), 36 yaşdan yuxarı idmançılar arasında Mahmud Mehdioğlu, ustaların yarışında isə Asif Sayadov təmsil ediblər.

Döyüşçülərimiz mundialda ful-kontakt və vinq-çun tao növlərində inamlı mübarizə nümayiş etdirərək 3 qızıl və 3 gümüş medal qazanıblar. Elsevər Zülfiyev, Nihat Azayev və Asif Sayadov qızıl, Əlfi Məmmədov, Arzuman Rəsulzadə və Mahmud Mehdioğlu isə gümüş medala layiq görülüblər.

Xəbər 626 dəfə oxundu.