Region liqası: Şimal derbisində qusarlılar qalib gəlib | |
Qusarın “Şahdağ” futbol klubu Azərbaycan Region Liqasının VI turunun oyunları çərçivəsində inamlı qələbə qazanıb. Paytaxt və şimal zonası qrupunda keçirilən qarşılaşmada Qubanı təmsil edən “Şahdağ” komandası ilə qarşılaşan qusarlılar rəqibini 4:0 hesabı ilə məğlub edib. Şimal derbisində qələbə qazanan qusarlılar qrup liderliyini qoruyur. Bütün oyunlarda qalib gələn “Şahdağ”ın (Qusar) hesabında 6 turdan sonra 18 xal var. |
|
Xəbər 732 dəfə oxundu. |
|
|