Beynəlxalq Gimnastika Federasiyasının bayrağı Tokioda Azərbaycan nümayəndə heyətinə təqdim edilib
Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bayrağı Tokioda Azərbaycan nümayəndə heyətinə təqdim edilib.

Yaponiyanın paytaxtında keçirilən batut gimnastikası üzrə 34-cü dünya çempionatının finalında FIG-in bayrağı Azərbaycan Gənclər və İdman Nazirliyinin gimnastika üzrə kuratoru Elçin Qasımova və Azərbaycan Gimnastika Federasiyasının idman meneceri Fatimə Şəfizadəyə təqdim olunub.

Azərbaycan 2021-ci ilin noyabrında batut gimnastikası üzrə növbəti dünya çempionatına ev sahibliyi edəcək.

AZƏRTAC

Xəbər 705 dəfə oxundu.