Binəqədi rayonunda uşaq, yeniyetmə və gənclər arasında “Şahmat” birinciliyi keçirilib
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının təşkilatçılığı ilə “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü münasibətilə uşaq, yeniyetmə və gənclər arasında “Şahmat” birinciliyi keçirilib.

Yarışın yekun nəticəsinə görə, 244 №-li tam orta məktəbin komandası birinci, 126 №-li tam orta məktəbin komandası ikinci, 3 №-li tam orta məktəbin komandası üçüncü yerə layiq görülüblər.

Qeyd edək ki, yarışın hakimi "Təhsil" Respublika İdman Mərkəzinin 4 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin məşqçi-müəllimi Xalidə Həsənova olub.

Xəbər 806 dəfə oxundu.