Sərbəst güləşçilərimiz Dağıstandan bir dəst medalla qayıdırlar
Dağıstanın Babayurt şəhərində sərbəst güləş üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib.

Məşqçi Namiq Quliyevin rəhbərliyi altında yarışa qatılan sərbəst güləşçilərimiz bir dəst medal qazanıblar.

Bütün rəqiblərinə qalib gələn Ramik Heybətov (55 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Saqadulla Ağayev (92 kiloqram) gümüş, Ayxan Mərdanov (110 kiloqram) isə bürünc medala yiyələnib.

Xəbər 707 dəfə oxundu.