AFFA-nın prezidenti “Avro 2020”nin final mərhələsinin püşkatma mərasimində iştirak edəcək | |
Bu gün Rumıniyanın paytaxtı Buxarestdəki ROMEXPO sərgi və konsert kompleksində 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi təşkil olunacaq. Bakı vaxtı ilə saat 21:00-da başlayacaq mərasimdə çempionatın ev sahibi şəhərlərindən biri olan Bakını nümayəndə heyəti olaraq AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, baş katib Elxan Məmmədov, “Avro 2020”nin final mərhələsinin Bakıda keçiriləcək oyunları üzrə Əməliyyat Qrupunun layihə koordinatoru Kamran Vəliyev, AFFA-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Könül Mehtiyeva və Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev təmsil edəcəklər. |
|
Xəbər 629 dəfə oxundu. |
|
|