Orta ixtisas təhsil müəssisələri arasında basketbol yarışının qalibləri müəyyənləşib
Orta ixtisas təhsil müəssisələri arasında XIV Respublika spartakiadası çərçivəsində qızlar arasında basketbol yarışları keçirilib.

Yarışda 6 komanda birincilik uğrunda mübarizə aparıb.

Yekun nəticələrə görə birinci yeri Bakı 2 nömrəli Baza Tibb Kollecinin komandası tutub. Bakı Dövlət Sosial-İqtisad Kollecinın basketbolçuları yarışı ikinci, Azərbaycan Dövlət Pedaqoji Kollecin komandası isə üçüncü yerdə başa vurublar.


Xəbər 700 dəfə oxundu.