Nuranə Əliyev “Karate1” Premyer Liqa turnirində bürünc medal uğrunda mübarizə aparacaq
Azərbaycan karateçisi Nuranə Əliyev (50 kq) İspaniyanın paytaxtı Madriddə “Karate1” Premyer Liqa turnirində bürünc medal qazanmaq şansı qazanıb.

Yarımfinaladək 3 qələbə qazanan idmançımızın bazar günü həlledici görüşdə rəqibi yaponiyalı Rinka Rahata olacaq.

Nüfuzlu yarışın ilk günü, həmçinin Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov, Tural Ağalarzadə (67 kq), Rafael Ağayev (75 kq), İlahə Qasımova (55 kq), eləcə də Tural Balcanlı, İsmayıl Quliyev və Rövşən Əliyevdən ibarət kata seçmə komandamız da yarışa qatılıb.

Dünya Karate Federasiyasının (WKF) ən mötəbər liqa yarışının cari mövsümdəki sonuncu mərhələsində 89 ölkədən 737 karateçi iştirak edir.

Xəbər 899 dəfə oxundu.