MMA döyüşçümüz Bəxtiyar Abbasov növbəti qələbəsini qazanıb
Azərbaycanın və “Qəbələ” idman klubunun MMA döyüşçüsü Bəxtiyar Abbasov növbəti qələbəsini qazanıb.

33 yaşlı idmançımız “UAE Warriors9” çərçivəsində uğur əldə edib. O, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təşkil olunan nüfuzlu yarışda Belarus təmsilçisi İqor Litoşiklə üz-üzə gəlib. Orta çəki dərəcəsində çıxış edən idmançımız döyüşü qələbə ilə başa vurub.

“Mubadala Arena”dakı döyüş B.Abbasovun peşəkar karyerasında keçirdiyi 23-cü qarşılaşma olub. O, özünün 18-ci qələbəsini bayram edib.

Xəbər 673 dəfə oxundu.