Qırğızıstan Futbol Federasiyasının vitse-prezidenti Bakı Olimpiya Stadionu ilə tanış olub
Qırğızıstan Futbol Federasiyasının vitse-prezidenti Dastanbek Konokbayev, federasiyanın İcraiyyə Komitəsinin üzvü Asılbek Kadıraliyev və Bişkek şəhər meriyasının üzvlərindən ibarət nümayəndə Bakıda səfərdədir.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, Qırğızıstan milli komandası üçün Bişkek şəhərində təlim-məşq bazasının inşası planlaşdırılır və bu səfərin məqsədi Bakıda yerləşən stadionlar, futbol infrastrukturu ilə tanışlıq, təcrübə mübadiləsidir.

Qonaqlar noyabrın 29-da Bakı Olimpiya Stadionuna gəlib, arena ilə tanış olublar. Qırğızıstan nümayəndə heyəti noyabrın 30-da gün ərzində “ASCO Arena”, AFFA Futbol Akademiyası, Mərdəkan qəsəbəsindəki Milli Komandaların Məşq Mərkəzi və “Bakcell Arena”ya baxış keçirəcəklər.

Xəbər 709 dəfə oxundu.